İdman

Azərbaycanlı futbolçu pley-off oyunları üçün Ukrayna millisinə çağırıldı

Sharing is caring!

Ukraynanın “Minay” klubunda çıxış edən azərbaycanlı futbolçu Eldar Quliyev növbəti dəfə bu ölkənin U-21 yığmasına çağırılıb.

Ukrayna Futbol Assosiasiyasının rəsmi saytında qeyd olunan məlumata görə, baş məşqçi Ruslan Rotan Slovakiya ilə 2023-cü il Avropa çempionatının pley-off matçları üçün 20 yaşlı yarımmüdafiəçiyə dəvət göndərib.

Bu komandalar arasında qarşılaşmalar sentyabrın 23-ü və 27-də oynanılacaq.

Qeyd edək ki, Eldar Quliyev Azərbaycan millisinə namizəd futbolçulardan hesab olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir