İdman

“YouTube” ulduzu MMA döyüşçüsünə ağlasığmaz məbləğ təklif etdi – FOTO

Sharing is caring!


Amerikalı videobloqer Ceyk Pol “Ultimate Fighting Championship” (UFC) üzrə keçmiş döyüşçüsü Neyt Diaza revanş oyunu təklif edib.

O, rəqibinə qarışıq döyüş sənəti (MMA) üzrə duel üçün on milyon dollar təklif edib.

Qeyd edək ki, avqustun 6-da Pol on raundluq boks döyüşündə Diazı məğlubiyyətə uğradıb. 38 yaşlı döyüşçü hakimlərin yekdil qərarı ilə “YouTube” ulduzuna uduzub.

Xatırladaq ki, Pol peşəkar döyüşçülərlə bir sıra boks döyüşləri ilə tanınır. O, yeganə məğlubiyyəti britaniyalı Tommi Fyuridən alıb.

Diaz isə peşəkar MMA karyerasında 34 döyüş keçirib, onlardan 21-i qələbə ilə başa çatıb. 2022-ci ilin noyabrında o, 2007-ci ilin fevralından bəri yarışdığı UFC-ni tərk edib.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir