İdman

Gəncədən sonra Almatı MDB ölkələrinin idman paytaxtı olacaq

Sharing is caring!


Qazaxıstanın Almatı şəhəri 2026-cı ildə MDB ölkələrinin idman paytaxtı olacaq. Bu barədə Rusiya Federasiyasının idman nazirinin müavini Aleksey Morozov məlumat verib.

“Şuranın iclasında yekdilliklə qərara alınıb ki, 2025-ci ildə Azərbaycanın Gəncə şəhərinə, 2026-cı ildə isə Qazaxıstanın Almatı şəhərinə “MDB-nin İdman Paytaxtı” adı verilsin. 2025-ci ildə Gəncə III MDB Ölkələri Oyunlarına ev sahibliyi edəcək. Şəhər idmançılar üçün böyük bayram hazırlayır, ona görə də tam ədalətlidir ki, Gəncə bütün il boyu Birliyin idman paytaxtı adını daşıyacaq. 2026-cı ildə isə bu status dəfələrlə qlobal və qitə miqyasında böyük idman yarışlarına ev sahibliyi edən Almatıya keçəcək”, – Morozov bildirib.

Qeyd edək ki, hazırda Belarusun 11 şəhərində 20 idman növü üzrə II MDB Ölkələri Oyunları keçirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir