Dünya

Aİ Moldovaya 40 milyon avroluq hərbi yardım edəcək

Sharing is caring!

Avropa İttifaqı Moldovaya hərbi yardım proqramının başladığını elan edib.

Bu barədə Aİ Şurasının şənbə günü dərc olunmuş bəyanatında deyilir.

Bildirilib ki, yardım məqsədilə Avropa Sülh Fondundan 40 milyon avro ayrılacaq.

“Proqramın ümumi məqsədi milli təhlükəsizliyin, sabitliyin və müdafiə sektorunun davamlılığının gücləndirilməsi məqsədilə Moldova Respublikası Silahlı Qüvvələrinin imkanlarının genişləndirilməsinə töhfə verməkdir”, – bəyanatda bildirilir.

Proqram Moldova ordusu qeyri-letal siilah və avadanlıqların, o cümlədən pilotsuz kəşfiyyat təyyarələri və taktiki rabitə vasitələrinin əldə edilməsinə yönəlib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir