İdman

Azərbaycan güləşçiləri bürünc medallar uğrunda mübarizə aparacaqlar

Sharing is caring!


Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatı sona yaxınlaşır.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Qeyd olunub ki, bu gün daha beş çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Azərbaycan güləşçisi Sədrəddin Həsənov (51 kiloqram) ilk görüşündə türkiyəli Kahraman Eskiyə 4:1 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlsə də, hindistanlı Rohit Rohitə uduzub – 0:4. Rəqib finala yüksəldiyi üçün Həsənov sabah təsəlliverici görüşdə amerikalı Kristian Kasiltyo ilə qarşılaşacaq.

Camal Abbasov (60 kiloqram) isə qazaxıstanlı Yerali Jenissov (6:0), amerikalı Benjamin Davino (5:0) və türkmənistanlı Bekjan Ruslanov (10:0) üzərində inamlı qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. Abbasov yarımfinalda iranlı Səcad Pirdayehlə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məyus ayrılıb – 2:3. Camal sabah bürünc medal uğrunda güləşəcək.

Cəfər Cəfərov (45 kiloqram) təsnifat mərhələsində Əbubəkr Gürə 8:9 hesabı ilə məğlub olub.

İsmayıl Rəhimli (71 kiloqram) monqolustanlı Bilguundalay Purevdaqvaya tam üstünlüklə (10:0) qalib gəlsə də, dörddəbir finalda rusiyalı İslam Kajarova uduzub (0:4).

Səid Paşayev (92 kiloqram) isə səkkizdəbir finalda yaponiyalı Genki Hokiyə müqavimət göstərə bilməyib – 3:14.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir