İdman

Yeni oyunçular Mbappeyə görə PSJ-yə keçmək istəmirlər

Sharing is caring!


PSJ yay transfer pəncərəsində yeni oyunçular ala bilmir.

Məlumata görə, hücumçu Kilian Mbappe ilə bağlı vəziyyətə aydınlıq gətirilməməsi futbolçuların Paris klubuna keçməsini dayandırır. Qeyd olunur ki, bəzi namizədlər məsələ həll olunana qədər keçmək istəməyiblər.

Xatırladaq ki, PSJ futbolçusu Kilian Mbappe ilə müqaviləni 2025-ci ilin yayına qədər uzatmaq şansını itirib. Sözləşmədə bununla bağlı nəzərdə tutulan maddə iyulun 31-də qüvvədən düşüb. 24 yaşlı hücumçunun hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. Forvard komandanı tərk etmək istəyir.

Artıq bu yay bir neçə futbolçu komandaya qoşulub. Xavi Simons PSV-dən qayıdıb, Luka Ernandes “Bavariya”dan, müdafiəçi Milan Skrinjar “İnter”dən, Manuel Uqarte “Sportinq”dən, Marko Asensio “Real”dan, Li Kan İn “Malyorka”dan PSJ-yə keçib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir