İdman

“Neftçi” yeni transferini UEFA-ya sifariş edib – FOTO

Sharing is caring!


“Neftçi” yeni transferi Andre Şinyaşikini UEFA-ya sifariş edib.

Klubdan “Report”a verilən məlumata görə, braziliyalı hücumçunun adı Türkiyə “Beşiktaş”ı ilə keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsinə salınıb.

Bununla da iştirak ərizəsində olan oyunçuların sayı 27-yə çatıb. Onlardan üçü qapıçı, 10-u müdafiəçi, 12-si yarımmüdafiəçi, ikisi isə hücumçu kimi UEFA-ya təqdim edilib.

Qeyd edək ki, “Neftçi” və “Beşiktaş” arasında ilk oyun avqustun 10-da “Neftçi Arena”da, cavab matçı isə ayın 17-də “Beşiktaş” stadionunda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir