Dünya

Tailandda döyüş gəmisi batdı: Çoxlu sayda əsgər itkin düşdü – FOTO

Sharing is caring!

Tailand körfəzində Tailand Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisi batıb.

Bu barədə Tailand Hərbi Dəniz Qüvvələri məlumat verib.

Hadisə Banqsafan rayonunda hərbi gəminin dokdan 32 kilometr aralıda dənizdə patrul xidməti həyata keçirərkən baş verib.

Məlumata görə, 100-dən çox əsgər xilas edilib, itkin düşən 33 əsgərin isə axtarışları davam edir.

Güclü külək gəmiyə dolan suyun nasoslar vasitəsilə xaric edilməsinə mane olub və o batıb.

Mənbə: “The Guardian”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir