İdman

Bakıdakı avrokubok oyunlarının vaxtı ilə bağlı yekun qərar verildi

Sharing is caring!


Azərbaycan klubları avrokuboklardakı növbəti ev oyunlarını eyni gündə – avqustun 10-da keçirəcəklər.

Oxu.Az xəbər verir ki, UEFA AFFA-nın matçlardan ən azı birinin vaxtının və ya yerini dəyişdirilməsi ilə bağlı müraciətini müsbət cavablamayıb.

Bu, Azərbaycana səfər edəcək klubların artıq planlarını qurması ilə əlaqələndirilib.

Beləliklə, avqustun 10-da “Qarabağ” Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya HİK-ini, “Neftçi” Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə “Beşiktaş”ını, “Sabah” isə eyni turnirin eyni raundunda Serbiya “Partizan”ını qəbul edəcək. “Atlılar” Tofiq Bəhramov adına Respublika Stadionunda, “neftçilər” “Neftçi Arena”da, “futuristlər” isə “Bank Respublika Arena”da oynayacaqlar.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir