İdman

AFFA eyni gündə üç avrokubok oyununa qarşıdır: UEFA-ya müraciət olundu

Sharing is caring!


Avqustun 10-da ikisi Bakıda biri Masazırda olmaqla Azərbaycanda üç avrokubok matçı keçiriləcək.

Oxu.Az xəbər verir ki, Avropa Liqasında yarışan “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Finlandiyanın HİK klubunu qəbul edəcəksə, Konfrans Liqası təmsilçilərimizdən “Neftçi” “Neftçi Arena”da Türkiyə “Beşiktaş”ı, “Sabah” isə “Bank Respublika Arena”da Serbiya “Partizan”ı ilə üz-üzə gələcək.

Vəziyyətin belə qəlizləşməsinin səbəbi qitə futbol qurumunun “Beşiktaş”la “Neftçi”nin oyunlarının yerini dəyişməsidir. Öncə ilk qarşılaşmanın avqustun 10-da İstanbulda keçirilməsi nəzərdə tutulsa da, daha sonra həmin gün “Fənərbağça”nın da oyununun olmasına görə birinci matçın Bakıda keçirilməsinə qərar verilib.

Bir gündə üç oyunun keçirilməsi isə xüsusən logistika problemlərini özü ilə gətirəcək. Əldə etdiyimiz məlumata görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da vəziyyətə görə narahatdır. Qurum məsələ ilə bağlı Avropa futbol qurumu UEFA-ya müraciət edib. AFFA üç oyundan heç olmasa birinin ya yerinin, ya da vaxtının dəyişdirilməsini istəyir. Lakin son qərarın necə olacağı hələlik bəlli deyil.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir