İdman

“Neftçi”nin icraçı direktoru: “Əsas məsələ qələbələrin davamlı olmasıdır”

Sharing is caring!


“2:0 öndə olsaq da, futbolçular 3-cü qolu da vurmaq istəyirdilər. Təəssüf ki, alınmadı. Mənim proqnozum 3:0 hesablı qələbə idi”.

Oxu.Az xəbər verir ki, bunu “Neftçi”nin icraçı direktoru Fərrux Mahmudov UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsində Bosniya və Herseqovinanın “Jelezniçar” klubuna qarşı cavab oyunundan (2:0, ilk oyun – 2:2) sonra jurnalistlərə açıqlamasında deyib.

Növbəti mərhələyə yüksələn klubun rəhbəri bildirib ki, əsas məsələ qələbələrin davamlı olmasıdır:

“Oyundan təssüratlar çox gözəldir. Komanda ilə qürur duyuram. Futbolçular sona qədər vuruşdular.  Çox gözəl qələbədir. Əsas məsələ bunun davamlı olmasıdır. Bu, yeni rəhbərliyin, yeni baş məşqçinin ilk qələbəsidir”.

Azarkeşlərin möhtəşəm ab-hava yaratdığını vurğulayan klub rəhbəri komandanın istədikləri performansı göstərdiyini söyləyib:

“İstədiyimiz performansı gördük. Top daha çox bizdə idi. Hücumçumuz olmaya-olmaya hücumda oynadıq. Azarkeşlərin əlləri, ayaqları var olsun ki, gəldilər. 12-ci oyunçumuz oldular. Yaxın günlərdə onlarla da görüşəcəyik”.

F.Mahmudov növbəti mərhələdəki rəqib Türkiyə “Beşiktaş”ına qarşı da yaxşı futbol oynayacaqlarına inandığını söyləyib:

“Əminəm ki, hər oyunda yaxşı futbol göstərəcəyik. Yeni hücumçularımız da gəlir. İnanıram ki komandamız daha da güclü olacaq”.

Fərrux Mahmudov iki futbolçu ilə danışıqların davam etdiyini, yaxın günlərdə transferlərin ola biləcəyini əlavə edib.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir