Cəmiyyət

Fəzail Ağamalı:Bayramınız mübarək Əziz Türkiyəm!

Sharing is caring!

Qardaş Türkiyənin bu gün Cümhuriyyət bayramıdı. Çox böyük məmnuniyyətlə can qardaşlarımızın əziz bayramını təbrik edir və Türk dövlətinə daha böyük ucalıqlar diləyirəm.​ Olduqca çətin və mürəkkəb inkişaf yolu keçən qardaş Türkiyə hazırda dünyada ciddi söz sahibidir. Regionda elə bir vacib xarakter daşıyan problem yoxdur ki, o Türkiyənin iştrakı olmadan o öz həllini tapa​ bilsin.

Hər zaman Azərbaycanın yanında olan, işğal olan torpaqlarımızın azad edilməsində əsl qardaşlıq nümunəsi göstərən Türkiyə və onun Cumhurbaşkanı, çox dəyərli dövlət xadimi, dünya çaplı lider Recep Tayyip Erdoğanın uzun illərdən bəri gərgin əməyi ilə qardaş ölkə əhəmiyyətli uğurlara imza atdı.

Sentyabrın 27-dən faşist Ermənistana qarşı apardığımız Vətən müharibəsində Cumhurbaşkanı Recep Tayyip Erdoğan başda olmaqla Türkiyə Azərbaycana böyük dəstək verməkdədi.

Əlbətdə, bu, dərin minnətdarlıqla Xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Bayramınız mübarək Əziz Türkiyəm!

​Fəzail Ağamalı,

Millət Vəkili

Ana Vətən Partiyasının sədri

29 Oktyabr 2020-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir