İdman

Adrian Mutu: “Ağır oyun oldu”

Sharing is caring!


“Ağır oyun oldu. Hər iki matçda yaxşı çıxış etdik. Növbəti mərhələyə yüksəlməyə layiq idik”.

Oxu.Az xəbər verir ki, bunu UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin “Neftçi” – “Jelezniçar” cavab oyunundan (2:0, ilk oyun – 2:2) sonra təşkil edilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu deyib.

Turnirdə mübarizəni davam etdirən komandanın çalışdırıcısı növbəti mərhələdə üz-üzə gələcəkləri Türkiyənin “Beşiktaş”, yaxud Albaniya “Partizani”si ilə qarşılaşmanın fərq etmədiyini bildirib:

“Rəqib fərqi yoxdur. Çalışacağıq ki, öz oyunumuzu göstərək və inkişaf edək”.

44 yaşlı mütəxəssis hücumçu transferi üzərində çalışdıqlarını söyləyib:

“İki gənc hücumçumuz var. Yenə hücumçu cəlb etmək istəyirik ki, rəqabət çox olsun. Transferlər bir az zaman alır. Yaxşı, istədiyimiz futbolçunu gətirmək istəyirdik”.

Rumıniyalı çalışdırıcısı hazırkı heyətlə ötənilkini müqayisə etmək istəməyib:

“Oyunçuları müqayisə etmək istəmirəm. Hər bir məşqçinin işinə hörmətlə yanaşıram. İşə başdan başlamışıq. Hansı duruma çatacağımızı görəcəyik”.

A.Mutu zədələnib meydanı erkən tərk edən Azər Əliyevin durumunu açıqlayıb:

“Azər xəstəxanadadır. Dirsəyindəm xəsarət alıb. Ümid edirəm ki, tez bir zamanda sağalacaq”.

Baş məşqçi yerli oyunçuların yaxşı keyfiyyətə malik olduğunu və məqsədlərinin titul qazanmaq olduğunu qeyd edib:

“Şikayət etmək istəmirəm. Heyətdə güclü təcrübəli yerli oyunçular var. Oyunçularım verdiyim tapşırıqları yaxşı qəbul edirlər. Qabağımıza titul qazanmaq məqsədi qoyulub. Bu, heç də asan deyil. Əlimizdən gələni edəcəyik”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir