Dünya

Macarıstan İsveç və Finlandiyanın NATO-ya qəbulu məsələsinə may ayında baxacaq

Sharing is caring!

Macarıstan parlamenti may ayında İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədlərin ratifikasiyası məsələsi ilə bağlı iclas keçirəcək.

Bunu Çexiyada səfərdə olan Macarıstan Prezidenti Katalin Novak deyib.

“Macarıstan parlamenti təxminən mayın 17-də Finlandiya və İsveçin Şimali Atlantika Alyansına qoşulması məsələsini səsverməyə çıxaracaq”, – prezident bildirib.

Novak NATO-nun genişlənməsi prosesini dəstəkləyib və parlamentariləri iki şimal ölkəsinin bloka qəbulu ilə bağlı sənədləri tez bir zamanda ratifikasiya etməyə çağırıb.

Qeyd edək ki, Türkiyə də müvafiq sənədləri hələ təsdiq etməyib. Ankara ilk növbədə İsveçin müraciətinə təmkinlə yanaşır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir