İdman

Rusiya və İran millisinin matçı kütləvi dava ilə bitdi

Sharing is caring!


Ufada keçirilən Surdolimpiadada (eşitmə məhdudiyyətli insanlar arasında dünyanın ən böyük yarışı) futbol turnirinin final oyunu Rusiya və İran milli komandaları arasındakı dava ilə başa çatıb.

Məlumata görə, matçın gedişində hakimin qərarları iranlıları əsəbiləşdirib. Buna baxmayaraq, onlar qol vuraraq önə keçiblər.

Oyunun sonunadək hesab 2:1 İranın xeyrinə olub. Hakim matçın əsas vaxtına beş dəqiqə əlavə edib və bu dəqiqələrin ən sonuncusunda o, İranın qapısına penalti təyin edib. İranlı futbolçular və məşqçilər penaltidən deyil, əlavə edilmiş beş dəqiqə keçməsinə baxmayaraq, hakimin daha əvvəl final fitini çalmamasından narazı qalıblar.

Məhz bundan sonra tərəflər arasında kütləvi dava düşüb. Münasibətlərin aydınlaşdırılmasında bəzi məşqçilər də iştirak ediblər. Nəticədə İranın baş məşqçisi komandanı meydandan çıxarıb. İrana texniki məğlubiyyət verilib. Rusiya komandası isə birinci yerə görə kubokla mükafatlandırılıb. İranlılar mükafatlandırma mərasiminə gəlməyiblər.

Mənbə: Sport24.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir