Dünya

Kuleba Zelenskiyə İranla diplomatik münasibətləri kəsməyi təklif etdi

Sharing is caring!

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna Prezidenti Volodimir Zelenskiyə İranla diplomatik münasibətləri kəsməyi təklif edib.

Kuleba bu barədə onlayn brifinq zamanı bildirib.

“İranın hərəkətləri alçaqlıq və yalandır, biz buna dözməyəcəyik”, – deyə xarici işlər naziri qeyd edib.

“Axı İran bütün bu hərəkətləri müharibəyə qarşı olduğunu və heç bir tərəfə silahla dəstək verməyəcəyini bizə bildirdiyi bir vaxtda etdi”, – deyə XİN rəhbəri əlavə edib.

Kuleba vurğulayıb ki, Ukrayna ilə münasibətlərin pozulmasına görə tam məsuliyyət Tehranın üzərinə düşür. “İranın pilotsuz təyyarələrinin Ukraynanın mülki infrastrukturunda çoxsaylı dağıntılar törətməsini, xalqımıza yaşatdığı ölüm və iztirabları, həmçinin, İranın Rusiyaya silah tədarükünün davam etməsi ilə bağlı məlumatları nəzərə alaraq mən Ukrayna Prezidentinə İranla diplomatik münasibətlərin kəsilməsinə dair təklif verirəm”, – deyə Kuleba bildirib.

“Biz heç vaxt anti-İran mövqeyi tutmamışıq. Amma İran işğalçılıq cinayətində və Rusiyanın ərazimizdə törətdiyi cinayətlərdə şərik olduqdan sonra bu gün biz çox aydın və dürüst mövqe nümayiş etdirəcəyik. Əgər İran Rusiyaya silah tədarükünü dayandırsa, biz münasibətlərin bütün spektrini bərpa etməkdən danışa bilərik”, – deyə Kuleba əlavə edib.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir