İdman

“Qalatasaray” “Bayer Leverkuzen”in yarımmüdafiəçisini alır

Sharing is caring!


“Qalatasaray” “Bayer Leverkuzen”in türk-alman yarımmüdafiəçisi Kerem Demirbayın transferi ilə bağlı rəsmi danışıqlara başladığını açıqlayıb.

Sarı-qırmızılıların verdiyi məlumata görə, futbolçu və klubu “Bayer Leverkuzen” ilə rəsmi danışıqlara başlanılıb.

Qeyd edək ki, dörd il əvvəl “Hoffenhaym”dan 32 milyon avroya transfer olunan və “Bayer Leverkuzen” tarixinin ən bahalı transferi olan Kərəm Dəmirbay indiyədək “Bayer”lə 149 rəsmi matçda 15 qol, 30 məhsuldar ötürmə ilə yadda qalıb.

İddialara görə, “Qalatasaray” Demirbay üçün “Bayer Leverkuzen”ə 4,5 milyon avro ödəyəcək. Müqaviləyə həmçinin iki milyon avro mükafat da daxil ediləcək.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir