İdman

Buffon futbolla vidalaşdı: “Hər şey üçün təşəkkürlər”

Sharing is caring!


İtaliya futbolunun əfsanəvi qapıçısı, hazırda “Parma” forması geyinən Canluici Buffon 45 yaşında futbolu tərk etdiyini açıqlayıb.

Sosial media hesabı ilə futbolla vidalaşdığını açıqlayan Buffon “Hər şey üçün təşəkkürlər”, -yazaraq paylaşıb.

Karyerasına məhz “Parma”da başlayan və daha sonra 17 il “Yuventus”da çıxış edən qapıçı 2018-ci ilin yayında PSJ-yə keçib və növbəti mövsümdə “Yuventus”a qayıdıb. O, 2021-ci ilin yayında futbola başladığı “Parma”ya geri dönüb.

Buffon karyerası ərzində üç komandanın heyətində klub səviyyəsində 975 rəsmi oyuna çıxıb. O, 176 dəfə İtaliya millisinin formasını geyinib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir