İdman

Çempionlar Liqası: Dörd komanda növbəti mərhələyə yüksəlib

Sharing is caring!


UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab matçlarına start verilib.

“Report”un məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçirilib.

Bu matçlardan sonra Yunanıstanın “Panatinaikos”, Sloveniyanın “Olimpiya”, Kiprin “Aris” və Slovakiyanın “Slovan” komandaları növbəti raunda yüksəliblər. Limasol təmsilçisi III təsnifat mərhələsində “Qarabağ” (Azərbaycan) / “Rakuv” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
1 avqust

21:30. “Panatinaikos” (Yunanıstan) – “Dnepr-1” (Ukrayna) – 2:2
Qollar: Andraj Şporar, 15; 70 – Artyom Dovbik, 24. Eduard Sarapi, 54
Qırmızı vərəqə: Vladimir Tançik, 75 (“Dnepr-1”)
İlk oyun – 3:1

22:00. “Olimpiya” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) – 2:1
Qollar: Timmi Elşnik, 18; 90+2 – Kiril Despodov, 15 (“Ludoqorets”)
Qırmızı vərəqə: Son, 83 
İlk oyun – 1:1

22:00. BATE (Belarus) – “Aris” (Kipr) – 3:5
Qollar: Valeri Qromıko, 25 (penalti). Aleksandr Martınov, 48. Denis Laptev, 90+3 – Şavi Babika, 8. Yannik Qomis, 26. Kaju, 35. Leo Benqtsson, 56. Mariuş Stepinski, 74
İlk oyun – 2:6

22:00. “Slovan” (Slovakiya) – “Zrinski” (Bosniya və Herseqovina) – 2:2
Qollar: Aleksandar Çavriç, 5. Zuberu Şarani, 66 – Xrvoe Barişiç, 75. Antonio İvançiç, 90+3
İlk oyun – 1:0

Qeyd edək ki, III təsnifat mərhələsinin digər səkkiz cavab qarşılaşması bu gün keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir