İdman

“Araz-Naxçıvan”da yeni hücumçu

Sharing is caring!


“Araz-Naxçıvan” futzal klubu Özbəkistan millisinin hücumçusu Husniddin Nişonovu heyətinə qatıb.

Klubdan verilən məlumata görə, 25 yaşlı futzalçı ölkəsinin BMB klubundan icarəyə götürülüb. O, UEFA Çempionlar Liqasının ilkin mərhələsinin oyunları zamanı “Araz-Naxçıvan”a kömək edəcək. Husniddin Nişonov avqustun 5-də yeni komandasına qoşulacaq.

“Araz-Naxçıvan” yay fasiləsi zamanı legionerlərdən braziliyalı Erik Dannilo, serbiyalı Ninoslav Aleksiç və xorvatiyalı Luka Pavloviçi heyətinə qatıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir