İdman

Şəhriyar Məmmədyarov: “Turnirdə tarix yazdım”

Sharing is caring!

“Turnirdə tarix yazdım. Bu, unudulmayacaq”.

“Report” xəbər verir ki, bunu “Meltwater Champions Chess Tour” seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində ikinci yeri tutan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov şəxsi “Facebook” hesabında yazıb.

37 yaşlı qrosmeyster tək bu yarışla bağlı bir kitab yaza biləcəyini vurğulayıb:

“Fəxr edirəm ki, siz də bu tarixin bir hissəsi oldunuz. Oyunlarımı çox sevdim. Sizin oyun sevginizi qazanmaqla geri dönəcəyəm”.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov “Aimchess Rapid”in finalında polşalı Yan Kşiştof-Dudaya uduzub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir