İdman

PSJ Mbappe ilə müqaviləni uzatmaq şansını itirdi

Sharing is caring!


PSJ futbolçusu Kilian Mbappe ilə müqaviləni 2025-ci ilin yayına qədər uzatmaq şansını itirib.

Sözləşmədə bununla bağlı nəzərdə tutulan maddə iyulun 31-də qüvvədən düşüb. 24 yaşlı hücumçunun hazırkı sözləşməsi 2024-cü ilin yayına qədərdir. Forvard komandanı tərk etmək istəyir. PSJ isə bu niyyətinə görə onu əsas komandadan uzaqlaşdırmaq qərarına gəlib. Mbappenin bu yay satılması da gündəmdədir. Əks halda o, növbəti mövsüm PSJ-də meydana çıxmayacaq.

Qeyd edək ki, Mbappenin adı “Realı Madrid”lə hallanır. Fransa millisinin üzvü Səudiyyə Ərəbistanından aldığı yüksək ödənişli təklifi rədd edib.

Mənbə: as.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir