Cəmiyyət

Yeni ailə quran bacısının evinə qonaq getdi, qızıllarını oğurladı

Sharing is caring!


Naxçıvanda bacısının qızıllarını oğurlayan qadının məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Culfa Rayon Məhkəməsində keçirilən prosesdə Nigar Qurbanova (ad-soyad şərtidir) bir il azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab edilib və altı ay sınaq müddəti təyin olunub.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, bacısı Gülnaz (ad şərtidir) yeni ailə həyatı qurduğundan və Yeni il bayramı qeyd etdiyindən yaxın qohumları ilə birgə onlara qonaq gediblər.

Yemək yedikdən sonra bacısı Gülnaz öz otağına keçərək paltar ütülüməyə başlayıb. Bacısı paltarı ütülədikdən sonra ütünü Nigara verərək əşyanı termonun içərisinə qoymasını xahiş edib. Nigar bacısının otağındakı termonu açanda orada qızıl qutusunu görüb. 

Qutunu açan qadın qızılları görüb və bir cüt sırğa, bir ədəd qolbaq, bir ədəd boyunbağı və bir ədəd üzüyü cibinə qoyaraq otaqdan çıxıb, ardınca isə evə gedib.

Bir müddət sonra Gülnaz bacısına zəng vuraraq, qızıllarını tapa bilmədiyini, ondan qızılları götürüb-götürmədiyini soruşub. Nigar isə ona qızıllardan xəbəri olmadığını bildirib.

Nigar Qurbanova bundan sonra polisə dəvət edilib, orada artıq işin üstünün açılacağını anlayıb və bacısına məxsus olan qızılları götürdüyünü etiraf edib.

Qeyd edək ki, təqsirləndirilən Nigar Qurbanova səkkiz aylıq hamilədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir