İdman

“Qarabağ”ın “Rakuv”la oyununa neçə bilet satılıb?

Sharing is caring!


“Qarabağ”ın Polşanın “Rakuv” klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Ağdam təmsilçisindən verilən məlumata görə, qarşılaşma üçün 22 min bilet satılıb.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manatdır.

Qeyd edək ki, iyulun 2-də oynanılacaq görüş saat 20:00-da start götürəcək. “Atlılar” Polşadakı ilk oyunda məğlub olublar – 2:3.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir