İdman

Azərbaycan gimnastı Universiadada gümüş medal qazandı

Sharing is caring!


Çinin Çenqdu şəhərində keçirilən XXXl Ümumdünya Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova uğurlu çıxış edib.

Oxu.Az xəbər verir ki, o, halqa ilə hərəkətlərin icrasında gümüş medal qazanıb.

Xatırladaq ki, gimnastımız 2019-cu ildə İtaliyanın Neapol şəhərində keçirilən XXXI Yay Universiadasında 2 gümüş medal (gürzlər, çoxnövçülük) qazanıb.

Qeyd edək ki, daha əvvəl Universiadada cüdoçularımızdan Rəşid Məmmədəliyev gümüş, Yaşar Nəcəfov və Leyla Əliyeva isə bürünc medal qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir