İdman

UFC turnirinin əsas döyüşü: Qetji Poryeni ikinci raundda yerə sərdi – VİDEO

Sharing is caring!


Amerikalı döyüşçü Castin Qetji həmyerlisi Dastin Poryeni Solt-Leyk-Sitidə baş tutan UFC 291 turnirinin əsas qarşılaşmasında məğlub edib.

Turnirin əsas döyüşü statusunda olan yüngül çəkili idmançıların döyüşü ikinci raundda başa çatıb. C.Qetji nokautla rəqibi üzərində qalib gəlib.

Qeyd edək ki, 34 yaşlı C.Qetji qarışıq döyüş növləri üzrə turnirlərdə karyerasındakı 24-cü qələbəni qazanıb. O həmçinin biri D.Poryeyə (2018) olmaqla 4 dəfə məğlub olub.

D.Porye isə karyerası ərzində 29 qələbə qazanıb, yeddi dəfə məğlub olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir