Cəmiyyət

Dörd yaşlı Əlinin dəstəyə ehtiyacı var: Təcili əməliyyat olunmalıdır – FOTO

Sharing is caring!


Dörd yaşlı Əlinin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Ülkər Abdullayeva məlumat verib.

O bildirib ki, Əli baş-beyin inkişafı qüsuru ilə doğulub.

“Əli 2019-cu ildə dünyaya gəlib, ikinci övladımdır. Hamiləlik dövründə hər şey qaydasında olsa da, doğulandan sonra baş-beyinin inkişafdan qaldığını öyrəndik. Əli doğulan ilk gündən müalicələr edilib, amma bu problem düzəlməyib. Son dövrlərdə isə başına su yığılır. Həkimlər bildirirlər ki, Əli təcili əməliyyat olunmalıdır”.

Ülkər Abdullayeva qeyd edib ki, əməliyyat üçün 8 000 manata ehtiyacı var:

“Əməliyyat İranda olmalıdır. Bunun üçün 8 000 manata ehtiyacımız var. Həmin məbləğin 1 000 manatını toplaya bilsək də, 7 000 manatını tapmağa imkanımız yoxdur. Yardımsevər şəxslərdən xahiş edirəm ki, bizə dəstək olsunlar”.

Ailə ilə əlaqə: (055) 894-49-75

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir