İdman

FIDE prezidenti: “Əminəm ki, Bakıdakı turniri izləyənlər zövq alacaqlar”

Sharing is caring!


“Daha əvvəl də Azərbaycanda böyük şahmat tədbirləri keçirilib. Bu dəfə Dünya Kuboku təşkil olunacaq”.

Oxu.Az xəbər verir ki, bu sözləri Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç deyib.

O bildirib ki, Bakıda ədalətli oyun qələbə qazanacaq:

“Belə bir irimiqyaslı tədbiri həyata keçirmək asan deyil. Bunda əməyi olan hər kəsi qiymətləndirməliyik. Bu gözəl şərait turnir boyunca təmin ediləcək. İnanıram ki, şahmatçılar bacarıq və keyfiyyətlərini göstərə biləcəklər. Amma təbii ki, qaliblərin sayı az olacaq. Əminəm ki, feyr-pley qələbə qazanacaq. İzləyicilər möhtəşəm oyunlardan zövq alacaqlar”.

Qaydalara görə, Dünya Kubokunda ilk üç yeri tutacaq şahmatçılar gələn il Namizədlər (İddiaçılar) turnirində yarışmaq hüququ əldə edəcəklər. FIDE rəhbəri dünya şahmatının bir nömrəsi, son dünya çempionluğu görüşlərindən imtina edən Maqnus Karlsenin qalib olacağı halda Namizədlər turnirinə qatılıb-qatılmayacağını bilmədiyini söyləyib:

“Top səviyyədə turnirdə iştirak edir. Onun qələbə qazanmaq iddiası var. İndi Maqnusun üzərində dünya çempionluğu təzyiqi yoxdur və rahat şahmat oynayır. Rəqabət çox gərgin olacaq. Karlsenin qalib olacağına zəmanət yoxdur. Namizədlər turnirində iştirak edib-etməyəcəyi onun öz qərarı olacaq. Bunu müzakirə etmək niyyətində deyilik”.

FIDE rəhbəri gələcəkdə şahmatın Olimpiya Oyunlarının proqramına daxil edilməsində maraqlı olduqlarını söyləyib:

“Rapid, blits oyunları geniş vüsət alıb. Klassik partiyalar 5-6 saat davam edə bilir. Blits və rapid oyunları televiziyalar üçün daha əlverişlidir. Amma şahmatçıların hər biri üçün bərabər imkanlar yaratmalıyıq. FIDE olaraq şahmatın Olimpiya Oyunları üçün maraqlı ola biləcəyini düşünürük. Qitə səviyyəli turnirlərdə bu sınanıb. E-sport Olimpiadasında bunu həyata keçirdik və maraqla qarşılandı. Zənnimcə, biz buna doğru gedirik. Şahmat Olimpiya Oyunları proqramına daxil edilə bilər. Düşünürəm ki, şahmatçıların Olimpiadada qalibi olması elə də uzaq gələcək deyil”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir