İdman

“Qarabağ”ın zədəli futbolçularının son durumu: “Rakuv”a qarşı oynaya biləcəklər?

Sharing is caring!


“Qarabağ”ın zədəli olan futbolçuları – Elvin Cəfərquliyev və Marko Veşoviçin durumuna aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, Cəfərquliyevin vəziyyəti yaxşıdır. O, Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubuna qarşı cavab oyununda meydana çıxa biləcək.

Veşoviçlə bağlı vəziyyət fərqlidir. Monteneqrolu sağ cinah müdafiəçisinin zədəsi ciddidir. O, təxminən bir ay yaşıl meydanlardan kənar alacaq.

Xatırladaq ki, Veçoviç “Rakuv”a qarşı ilk matçdan əvvəl zədələnib və oyunu buraxıb. Cəfərquliyev isə sözügedən qarşılaşmanın gedişində zədə alaraq əvəzlənib.

Qeyd edək ki, avqustun 2-də Baklı Olimpiya stadionunda keçiriləcək “Qarabağ” – “Rakuv” oyunu saat 20:00-da start götürəcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir