İdman

Çempionlar Liqası: “Qarabağ”ın hücumçusu bombardirlik yarışına başçılıq edir

Sharing is caring!


“Qarabağ”ın futbolçusu Redon Cica UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarından sonra bombardirlik yarışına başçılıq edir.

“Report”un məlumatına görə, aktivində dörd qolu olan albaniyalı hücumçu ən sərrast oyunçuların siyahısında birincidir.

25 yaşlı futbolçu birinci raundda Cəbəllütariq “Linkoln”unun, ikinci təsnifat mərhələsində isə Polşa “Rakuv”unun qapısına iki dəfə yol tapıb.

İslandiya “Breydablik”indən Hösküldür Günleqsson, İsrailin “Makkabi” (Hayfa) klubundan Fratsdi Pyero, Slovakiya “Slovan”ından Vladimir Vayss və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasından Luka İvanuşets hərəyə üç qolla ikinci və beşinci yerləri bölüşdürürlər.

“Qarabağ” isə bu mövsüm ÇL-də ən çox qol (8 qol) vuran ikinci komandadır. “Köhlən atlar” bu göstəricidə yalnız “Breydablik”dən (10 qol) geri qalır.

Qeyd edək ki, Azərbaycan çempionu ikinci təsnifat mərhələsinin ilk oyununda Polşada “Rakuv”a 2:3 hesabı ilə uduzub. Bu komandalar arasında cavab görüşü avqustun ikisində Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir