İdman

Ramil Şeydayev yeni komandasının heyətində qol ötürməsi etdi – VİDEO

Sharing is caring!


Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Tailandın “Buriram Yunayted” klubunun heyətində məhsuldar ötürmə müəllifi olub.

Oxu.Az xəbər verir ki, o, Honkonqun “Kitçi” komandası ilə görüşdə qola assistentlik edib.

Şeydayev “Buriram Yunayted”in 3:2 hesablı qələbəsi ilə başa çatan matça start heyətdə başlayıb. Hücumçu 29-cu dəqiqədə vurulan ilk qolda məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Buriram Yunayted” daha əvvəl yerli “Utay Tani” komandasını məğlub edib – 2:1. Şeydayev həmin görüşdə də meydana çıxsa da, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Xatırladaq ki, 27 yaşlı forvard bu yay “Qarabağ”dan ayrılaraq “Buriram Yunayted”ə keçib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir