Cəmiyyət

Bakıda iki avtomobil toqquşdu: Yaralı var

Sharing is caring!


Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

Qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Hadisə paytaxtın Səməd Vurğun küçəsi ilə Hənifə Ələsgərova küçələrinin kəsişməsində qeydə alınıb.

“Toyota Prius” markalı 77-EY-263 dövlət nömrə nişanlı avtomobillə “Chery” markalı 77-BC-624 dövlət nömrə nişanlı avtomobil toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrindən biri aşıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən olmayıb.

Hadisə ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb:

“Hadisə ilə bağlı məlumat daxil olan kimi əraziyə DYP əməkdaşları cəlb ediliblər. Yolda nəqliyyatın hərəkəti tənzimlənib. Qəza zamanı bir nəfərin xəsarət alma ehtimalı nəzərə alınaraq tibbi müayinəyə cəlb edilib. Ölüm halı qeydə alınmayıb”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir