İdman

“Qarabağ”ın futbolçusunun Super Liqa klubuna keçidi baş tutmadı

Sharing is caring!


“Qarabağ”ın futbolçusu Kevin Medinanın Türkiyənin “Rizespor” klubuna keçidi baş tutmayıb.

Oxu.Az xəbər verir ki, kolumbiyalı oyunçu baş məşqçi Qurban Qurbanov və klub rəhbərliyi ilə son danışıqların ardınca getmək fikrindən daşınıb.

Daha əvvəl Super Liqanın yeni iştirakçısının onunla anlaşdığı bildirilib. Əslində, cəlbedici maliyyə təklifi 30 yaşlı müdafiəçinin ürəyincə olub. Ancaq son müzakirələr onun “atlılar”la yola davam etməsi ilə nəticələnib.

Eyni zamanda “Rizespor” da məsələnin çox uzanması səbəbindən keçidin reallaşması üçün əvvəlki qədər canfəşanlıq göstərməyib.

Xatırladaq ki, Medina 2020-ci ilin yayında Portuqaliyanın “Şaveş” klubundan “Qarabağ”a keçib və onun klubla hələ ikiillik müqaviləsi var.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir