Dünya

Çindən gələn ziyarətçilər üçün COVID-19 testi tələb edən ölkələrin sayı artır

Sharing is caring!

Çindən İsveçə gələn 12 yaşdan yuxarı səyahətçilərdən yanvarın 7-dən sonrakı üç həftə ərzində verilmiş mənfi COVID-19 testi təqdim etmələri tələb olunacaq.

Bu qərar İsveç hökuməti tərəfindən koronavirus infeksiyasının Çində aktiv şəkildə yayılması fonunda qəbul edilib.

Məlumatı ölkənin sosial işlər naziri Yakob Forssmed cümə axşamı mətbuat konfransında səsləndirib.

“Məqsəd virusun yeni variantlarının ortaya çıxmasını gecikdirmək və bununla da tədbir görmək qabiliyyətini artırmaq, son nəticədə səhiyyə sisteminin yükünü azaltmaqdır”, – o deyib.

Çin tərəfindən mənfi test tələbi tənqid edilib. Çin Xarici İşlər Nazirliyi belə bir tədbiri qəbuledilməz adlandırıb və buna müvafiq cavab verilə biləcəyini bildirib.

Qeyd edək ki, Almaniya, Avstriya, Böyük Britaniya, ABŞ, Cənubi Koreya, Yaponiya və bəzi digər dövlətlər, o cümlədən bir sıra Aİ ölkələri də Çindən gələnlər üçün daha sərt qaydalar tətbiq ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir