İdman

Avropa Çempionları Kubokunun ikiqat qalibi vəfat etdi

Sharing is caring!


“Nottinqem Forest” komandası ilə Avropa Çempionları Kubokunun ikiqat qalibi olmuş futbolçu Trevor Frensis 70 yaşında vəfat edib.

Bu barədə bazar ertəsi klubun mətbuat xidməti məlumat yayıb.

Frensis 1979 və 1980-ci illərdə indiki adı Çempionlar Liqası olan turniri qazanıb. 1979-cu ildə “Nottinqem Forest” finalda Frensisin qolu sayəsində İsveçin “Malmö” klubunu 1:0 hesabı ilə məğlub edib. Bir il sonra isə İngiltərə kollektivi həlledici görüşdə Almaniya “Hamburq”unu darmadağın edib (1:0).

Frensis həmçinin İngiltərənin “Birminqem”, “Mançester Siti”, “Kvins Park Reyncers”, “Şeffild Uensdey”, Amerikanın “Detroyt”, İtaliyanın “Samdoriya” və Şotlandiyanın “Reyncers” klublarında da çıxış edib.

Futbolçu İngiltərə yığmasında 52 oyuna çıxıb və 12 qol vurub.

O, 1979-cu ildə “Birminqem”dən “Nottinqem Forest”ə keçib və bir milyon funt sterlinq maaş alan ilk britaniyalı oyunçu olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir