İdman

Qara Qarayevin “Qarabağ”dan getməsinin TƏFƏRRÜATI

Sharing is caring!


Azərbaycan millisinin üzvü Qara Qarayevin “Qarabağ”dan ayrılaraq “Neftçi”yə keçməsinin təfərrüatı məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, buna futbolçunun son vaxtlarda əsas heyətdə az şans qazanması səbəb olub.

30 yaşlı yarımmüdafiəçi bu barədə fikrini baş məşqçiyə bildirib və bundan sonra onun Ağdam təmsilçisindən ayrılmasına icazə verilib.

O da məlum olub ki, Qaranın “Qarabağ”la 1 illik müqaviləsi qüvvədə olsa da, bu keçid üçün bakılılar son çempiona heç bir transfer haqqı ödəməyəcək. Belə ki, “Qarabağ” rəhbərliyə təcrübəli yarımmüdafiəçinin klubdakı xidmətlərini nəzərə alaraq, onunla qüvvədə olan müqaviləyə xitam verib və transfer haqqından imtina edib. Bu da onun Bakı klubuna transferini asanlaşdırıb.

Qeyd edək ki, Qara Qarayev “Qarabağ”da ilinə 250 min manat maaş alırmış. Yeni klubunda isə o, bu məbləğdən 20 min manat artıq qazanacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir