İdman

“Kəpəz”lə müqavilə bağlamış futbolçu “Araz Naxçıvan”da peyda oldu – FOTO

Sharing is caring!


“Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.

Muxtar Respublika təmsilçisindən verilən məlumata görə, “Qarabağ”ın yetirməsi Zamiq Əliyev qarşıdakı bir il ərzində komandanın formasını geyinəcək.

Ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən 22 yaşlı mərkəz müdafiəçisi 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində də yer alıb.

Maraqlıdır ki, Z.Əliyev iyulun 5-də azad agent statusu ilə “Kəpəz”lə 2 illik müqavilə bağlamış və Gəncə klubu bunu sosial şəbəkə hesabları vasitəsilə açıqlamışdı.

Xatırladaq ki, “Araz-Naxçıvan” bunadək Nuno Migel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayevlə müqavilə imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir