İdman

“Neftçi”dən maraqlı Qara Qarayev anonsu – VİDEO

Sharing is caring!


“Qarabağ”dan ayrılan Qara Qarayev karyerasını “Neftçi”də davam etdirəcək.

Paytaxt klubu da bununla bağlı paylaşım edib.

“Ağ-qaralar”ın “Facebook” hesabından paylaşdığı videoda məşhur bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletinin işlənmiş musiqisi fonunda “Neftçi”nin yarandığı 1937-ci il əks olunub.

Klubun qısa zamanda keçidi bəyan edəcəyi gözlənilir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir