İdman

“Qarabağ”ın yeni transferi “Rakuv”a qarşı oynaya bilər

Sharing is caring!


“Qarabağ”ın yeni transferi Patrik Andrade Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Rakuv” klubu ilə oyunlarda iştirak edə bilər.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Ağdam təmsilçisi onu UEFA-ya sifariş edib. Sözügedən matçın iştirak ərizəsində kabo-verdeli yarımmüdafiəçinin də adı yer alacaq.

Xatırladaq ki, “Qarabağ” bir müddət öncə Serbiya “Partizan”ından ayrılan keçmiş futbolçusu ilə 2+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Azərbaycan çempionu “Rakuv”a qarşı ilk oyununu iyulun 26-da səfərdə, cavab matçını avqustun 2-də evdə keçirəcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir