İqtisadiyyat

Dövlət əmlakının özəlləşdirilməsindən büdcəyə daxilolmalar artıb

Sharing is caring!


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox – 60,5 milyon manat vəsait daxil olub.

“Trend” xəbər verir ki, Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-iyun ayları ərzində 28 hərrac keçirilib. Hərraclarda yeddi səhmdar cəmiyyətinin səhm paketi, 11 kiçik dövlət müəssisəsi, iki yarımçıq tikili sahəsi, 259 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk altı ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 148 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 31 onlayn qoşulma reallaşıb. 2023-cü ilin birinci yarımilliyi ərzində hərrac vasitəsilə 18 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2023-cü ilin birinci yarımilliyində ümumilikdə 10,4 milyon manata yaxın investisiya qoyulub və həmin müəssisələrdə 50-dən çox yeni iş yeri yaradılıb.

Cari ilin yanvar-iyun ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 60,5 milyon manat təşkil edib və yarımillik büdcə proqnozuna 122,5% əməl olunub. Dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çox olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir