Hərbi

Ordumuz erməni mövqelərinə dəqiq zərbələr endirir – Rəsmi

Sharing is caring!

Azərbaycan Ordusu qanunsuz erməni silahlı dəstələrinin mövqelərinə dəqiq zərbələr endirir.


Bu barədə Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada qeyd edilib. Həmçinin bildirilir ki, Azərbaycan heç bir halda mülki infrastrukturu hədəfə almır.

Xatırladaq ki, açıqlamada həmçinin bildirilib ki, martın 8-i günorta saatlarından başlayaraq martın 9-u səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri ordumuzun Xocalı və Goranboy rayonlarında yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Təxribatların qarşısını almaq məqsədilə bu istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir