İdman

Çempionlar Liqasının finalçısı “Mançester Yunayted”ə keçdi

Sharing is caring!


Andre Onana “Mançester Yunayted”ə keçib.

İngiltərə klubu 27 yaşlı qolkiperin transferini açıqlayıb. O, daha bir mövsüm uzatmaq imkanı ilə beş illik müqavilə imzalayıb.

Daha əvvəl bildirilirdi ki, “İnter” futbolçunun satışı üçün sabit məbləğ olaraq 52,5 milyon avro alacaq, daha beş milyon isə bonuslar kimi təqdim olunacaq.

Qeyd edək ki, ötən mövsüm A Seriyasında Onana 24 oyuna çıxıb və 24 qol buraxıb. Kamerunlu komandası ilə UEFA Çempionlar Liqasının finalında da iştirak edib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir