İdman

Millimiz basketbol üzrə Avropa çempionatının yarımfinalına yüksəldi

Sharing is caring!


Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C Divizionunda Azərbaycan qrup oyunlarını yekunlaşdırıb.

Oxu.Az xəbər verir ki, B qrupunda qərarlaşmış millimiz sonuncu oyununda Albaniyanı 69:64 hesabı ilə məğlub edib və qrup lideri kimi Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb.

Millinin yarımfinalda rəqibi Gürcüstan yığması olacaq. Oyun 22 iyul Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir