İdman

Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların rəqibləri müəyyənləşdi

Sharing is caring!


Voleybol üzrə Çempionlar Liqası, “CEV kuboku” və “Challenge Cup” yarışlarının püşkatma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, Lüksemburqda təşkil edilən tədbirdə Azərbaycanın avrokuboklarda iştirak edəcək klublarının da rəqibləri bəlli olub.

Qadınlar arasında “Challenge Cup”da yarışacaq “Azərreyl”in ilk rəqibi Ukraynanın “Balta” klubu olub. Son ölkə çempionu 1/32 final mərhələsindən mübarizəyə başlayacaq. Cütün ilk oyunu 10-12 oktyabr, ikinci matç isə 17-19 oktyabr tarixlərində keçiriləcək.

Avrokuboklarda debüt edəcək kişilərdən ibarət “Xarıbülbül” klubunun rəqibi isə Slovakiya “Spartak”ı (Miyava) olub. Şuşa təmsilçisi mübarizəyə 1/32 finalda start verəcək. Komandaların birinci oyunu 24-26 oktyabr, cavab görüşü isə 31 oktyabr-2 noyabr tarixlərində keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir