İdman

Təcavüz ittihamından bəraət alan məşhur futbolçu Fransa klubuna keçdi

Sharing is caring!


“Mançester Siti”nin sabiq futbolçusu Benjamin Mendi karyerasını Fransada davam etdirəcək.

29 yaşlı müdafiəçi “Loryan”a keçib. Bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.

Fransalı futbolçu ilə iki illik müqavilə imzalanıb.

Xatırladaq ki, təcavüzdə ittiham edilən Benjamin Mendi sonuncu dəfə 2021-ci ildə meydana çıxmışdı. Bir neçə gün əvvəl o, bütün ittihamlardan bəraət alıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir