İdman

Çempionlar Liqası: “Qarabağ” “Linkoln”u qəbul edir – AFİŞA

Sharing is caring!


Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Cəbəllüttariq çempionu “Linkoln”la münasibətlərinə aydınlıq gətirəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da start götürəcək.

Bu komandalar arasında Cəbəllüttariqdə baş tutmuş ilk oyunda “Qarabağ” 1:2 hesablı qələbə qazanıb.

Cütün qalibi II təsnifat mərhələsində Polşanın “Rakuv” klubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi, cavab oyunu

19 iyul

20:00. “Qarabağ” (Azərbaycan) – “Linkoln” (Cəbəllüttariq)

Baş hakim: Eldorjan Hamiti (Albaniya)

Bakı Olimpiya Stadionu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir