İdman

“Qalatasaray”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu

Sharing is caring!


Türkiyənin “Qalatasaray” klubunun UEFA Çempionlar Liqasındakı ikinci təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Məlumata görə, Türkiyə çempionu Vilnüsün “Jelqiris” komandası ilə qarşılaşacaq.

Belə ki, Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab görüşündə Litva komandası səfərdə Makedoniyanın “Struqa” kollektivinə 2:1 hesabı ilə qalib gələrək, mərhələ adlayıb.

Bildirilir ki, “Qalatasaray” “Jelqiris”lə ilk oyununu 25 və ya 26 iyulda 5000 tamaşaçı tutumlu, süni örtüklü LFF Stadionunda keçirəcək.

Cavab oyunu isə avqustun 1-2-də İstanbuldakı “Rams Global Stadium”da baş tutacaq.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir