İdman

“Sumqayıt” “Lokomotiv”in futbolçusunu transfer etdi

Sharing is caring!


2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk əcnəbi futbolçu keçidini reallaşdırıb.

Klubdan verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son mövsümü Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunda keçirmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-nin “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv” klublarının şərəfini qoruyub. 24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir