Dünya

Moskva hava limanlarında uçuşlar təxirə salınıb

Sharing is caring!


Rusiyanın paytaxtı Moskvada üç hava limanında 16 reys təxirə salınıb, bir neçəsi isə ləngiyib.

Məlumata görə, Vnukovo hava limanında iki reysin uçuşu təxirə salınıb, beşi isə ləğv olunub. Domodedovo hava limanında yeddi reys gecikib, Şeremetyevoda isə iki reys təxirə salınıb. Jukovski hava limanı ilə bağlı hələ ki xəbər yoxdur.

Paytaxtın hava limanlarında təyyarələrin uçuş vaxtının kütləvi şəkildə dəyişdirilməsinin səbəbləri barədə məlumat verilmir.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir