İdman

PSJ on futbolçusunu satmaq istəyir

Sharing is caring!


PSJ ötən mövsümü icarə əsasında keçirən bütün futbolçularını satmaq niyyətindədir.

Parislilər Leandro Paredes (“Yuventus”), Keylor Navas (“Nottinqem Forest”), Yulian Draksler (“Benfika”), Kolen Daqba (“Strasburq”), Corcinio Viynaldum (“Roma”), Leven Kurzava (“Fulhem”), Abdu Diallo (“Leypsiq”) və Mauro İkardi (“Qalatasaray”) ilə yollarını ayırmağı planlaşdırır.

PSJ bu futbolçuların hesabına maaş cədvəlində təxminən 60 milyon avroya qənaət etməyi düşünür.

Fransa çempionu, həmçinin 18 yaşlı müdafiəçi Əl Şadai Bitşiabı 20 milyon avroya “Leypsiq”ə satmağa ümid edir.

Bundan əlavə, parislilər 21 yaşlı hücumçu Yuqo Ekitiklə də vidalaşmağa hazırlaşır.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir